Gürcüstanda banka silahlı basqın olub - 43 girov azad edildi


07:00     22 Oktyabr 2020 2020/10/b795dc62-9112-3b1b-b0d4-41fb60e6aaba_850_1603337039.jpg

Gürcüstanın Zuqdidi şəhərində “Gürcüstan Bankı”nın filialına silahlı basqın edilib.

Femida.az xəbər verir ki, naməlum şəxs bank filialında insanları girov saxlayıb. Əvvəlcə basqınçı ilə aparılan danışıqlar nəticəsində girovlardan bir neçəsi azad olunub.

Daha sonra gürcü polisinin xüsusi əməliyyatı nəticəsində “Gürcüstan Bankı”nın filialı və 43 girov azad edilib.

Qeyd edək ki, silahlı şəxs “Gürcüstan Bankı”nın Zuqdidi filialına ötən gün saat 14:21-də basqın edib. O, 500 min dollar, helikopter və xüsusi təyinatlıların bankın perimetrindən uzaqlaşmasını tələb edib. Tələblərin yerinə yetirilməsinə basqınçı iki saat vaxt vermişdi.

Açar sözlər:

Oxunub: 439