Şuşan Stpenayan bir foto ilə ölkəsini ifşa etdi


09:23     26 Oktyabr 2020 2020/10/fottt-1603657565_1603689841.jpg


Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan özünün "Facebook" səhifəsində müdafiə naziri David Tonoyanın hərbçilərlə görüşündən foto paylaşıb.

Fotodan göründüyü kimi, Tonoyanın yanında erməni hərbçilər əyləşib. Erməni nazir ruhdan düşmüş əsgərlərlə nəyisə müzakirə edir. Lakin fotoya diqqətlə baxdıqda bir məqam xüsusilə diqqət çəkir.

Belə ki, erməni nazirlə görüşdə iştirak edən iki hərbçi Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi formasındadır. Nədənsə, həmin iki nəfər digər xidmət yoldaşlarından fərqli geyimdə Tonoyanın yaında peyda olublar.

Şuşan Stpenayan bir müddət sonra həmin fotonu sosial şəbəkədəki səhifəsindən silib.

Xatırladaq ki, Ermənistan tərəfinin iddialarına görə, guya Azərbaycan Ordusunda DSX-nin hərbi geyim formasında Suriyadan gələn terrorçular döyüşür. Şuşan Stpenayan özü də bilmədən yaydığı foto ilə bu iddiaların tamamilə absurd olduğunu üzə çıxardı və ölkəsinin yalanlarını ifşa etdi.

İndi görünən odur ki, əsl terrorçular elə Tonoyanın yanında əyləşiblər.

Femida.az

Açar sözlər: #Stepanyan   #erməni   #ifşa  

Oxunub: 888