Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu 7 mln manatlıq tenderə yekun vurub


15:30     30 Oktyabr 2020 2020/10/B6996830-8E29-462E-8654-54F57651DDAE_1604057828.jpeg

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu (MKSİF) Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zabrat-Pirşağı yolu, 3-cü km, 1-ci küçə, 9 ünvanında 2,76 ha ərazidə tikintisi nəzərdə tutulan zəruri sosial-texniki infrastrukturu olan 576 ailəlik yeni yaşayış məhəlləsinin tikintisi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Femida.az vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, bu yaşayış məhəlləsi məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün nəzərdə tutulub.

Tenderin qalibi "Bakı Abadlıq Xidməti" MMC-dir.

Qalib şirkətə 7 mln 005,1 min manat ödəniləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 586