Keçmiş məhkumdan "beşbarmaq" götürüldü


13:38     04 Noyabr 2020 besbarmaq.jpg

Neftçala rayon sakindən soyuq silahlar və narkotik vasitələr aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, Əlahiddə Çevik Polis Alayı və Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Neftçala rayon sakini, əvvəllər məhkum olunmuş Ə.Zamanovun idarə etdiyi ”Kia” markalı avtomobilə baxış zamanı oradan 1 ədəd “beşbarmaq”, 1 ədəd bıçaq, 3 qramdan artıq metamfetamin və 8 qramdan artıq marixuana aşkar edilərək götürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 648