Qırğızıstan parlamentinə yeni spiker seçildi


13:47     04 Noyabr 2020 2020/11/talat_131_1604482112.jpeg

Qırğızıstanda deputat Talant Mamıtov Joqorku parlamentə sədr seçilib.


Femida.az “Sputnik Qırğızıstan”a istinadən xəbər verir ki, onun lehinə 100, əleyhinə isə bir millət vəkili səs verib.

Mamıtov dövlət başçısının səlahiyyətlərini icra edən Baş Nazir Sadır Japarovla tərəfdaşlığı ilə tanınır.

Qeyd edək ki, parlamentin sədri Kanat İsayev bu gün vəzifəsindən istefa verdiyini açıqlamışdı.



Xatırladaq ki, Qırğızıstanda 4 oktyabr seçkilərindən sonra parlamentə girə bilməyən partiyaların nümayəndələri Bişkekdə etirazlara başlayıb. Baş Nazir Kubatbek Boronov və parlament sədri Dastanbek Cumabekov istefa verib. Mərkəzi Seçki Komissiyası seçki nəticələrini etibarsız sayaraq dekabrın 20-nə təkrar parlament seçkilərinin keçirilməsinə qərar verib.



15 oktyabrda isə Prezident Sooronbay Jeenbekov istefa edib, bununla dövlət başçısının səlahiyyətləri Baş nazir Sadır Japarova keçib.

Açar sözlər:

Oxunub: 390