Ölkədə QİÇS xəstələrinin sayı açıqlanıb


17:47     05 Noyabr 2020 2020/11/1604582963102_oO17EJ7R_1604584074.jpeg

31.09.2020-ci il tarixədək ümumilikdə qeydiyyatda İİV-infeksiyası aşkar olunmuş şəxslərdən 6255 nəfəri Qazanılmış İmmun Çatışmazlığı Sindromunun (QİÇS) daşıyıcısıdır.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan Femida.az -a verilən məlumata görə, onlardan 2230 nəfəri İnyeksion Narkotik İstifadəçiləridir.

Bu ilin ötən dövrü ərzində Anti Retro Terapiyaya cəlb olunan 409 pasiyentdən 60 nəfəri inyeksion narkotik istifadəçisidir. 1988-ci ildən etibarən İİV-infeksiyasından dünyasını dəyişmiş vətəndaşların ümumilikdə sayı 1108 nəfər olub.

Açar sözlər:

Oxunub: 630