İraqda partlayış olub, 3 qadın ölüb, 3 polis yaralanıb


20:04     05 Noyabr 2020 20_11_05_1604592264.jpg

İraqın şərqində yerləşən Diyala əyalətində törədilən iki partlayış nəticəsində azı 3 qadın ölüb, 3 polis əməkdaşı yaralanıb.



Femida.az İNA-ya istinadən xəbər verir ki, məlumatı İraq təhlükəsizlik orqanlarının mətbuat xidməti yayıb.

Bildirilib ki, birinci partlayış motoskletdə baş verib. Motoskletə minmiş 3 qadın partlayışın qurbanı olub. İkinci partlayış polis əməkdaşları hadisə yerinə gələrkən baş verib. Əldəqayırma partlayıcı qurğu hadisə yerində partladılıb. Nəticədə 3 polis əməkdaşı yaralanıb.

Açar sözlər:

Oxunub: 468