Səfirlik ABŞ-dakı azərbaycanlılara müraciət etdi


09:50     06 Noyabr 2020 20_11_06_1604638252.jpg

“Son günlər erməni radikallarının təxribatçı fəaliyyətləri, eləcə də mümkün təhdidlər barədə daxil olan müvafiq məlumat və siqnalları nəzərə alaraq, bir daha olduqca ehtiyatlı davranmağınızı və hər hansı təxribatdan uzaq durmağınızı xahiş edirik”.



Femida.az xəbər verir ki, bu Azərbaycanın Vaşinqtondakı səfirliyinin ABŞ-da yaşayan azərbaycanlılara müraciətində qeyd olunub.

Diplomatik korpus Azərbaycan icmasına müraciətində həmvətənlərimizi erməni təxribatlarına qarşı diqqətli olmağa çağırıb:

“Həmvətənlərimiz hər hansı təhlükə yaradan hallarla qarşılaşdıqları təqdirdə yerli mühafizə orqanlarına və səfirliyin +1 202-560-3583 nömrəsi ilə əlaqə saxlasınlar”.

Açar sözlər:

Oxunub: 683