Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar verildi


16:12     06 Noyabr 2020 pensiyacilar-pensiyalari-bu-bankomatlardan-alacaq266f0f05a5923cf1bb532.jpg


Bakı, Sumqayıt şəhəri və Abşeron rayonu üzrə noyabr ayının pensiyaları ödənildi.

Femida.az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili deyib.

Onun sözlərinə görə, DSMF Bakı, Sumqayıt şəhəri və Abşeron rayonu üzrə pensiyaçıların (317 339 nəfər) noyabr ayının pensiya vəsaitlərini artıq onların hesablarına köçürüb.

Vətəndaşlar pensiyalarını "Beynəlxalq Bank"dan və "Kapital Bank"dan verilmiş bank kartları vasitəsilə həmin bankların bankomatlarından əldə edə bilərlər.

Femida.az

Açar sözlər: #DSMF  

Oxunub: 746