İsraildə erməni terrorunun qurbanları yad edilib
15:29 07 Noyabr 2020
İsraildə yaşayan azərbaycanlıların təşəbbüsü ilə Qüds (Yerusəlim) şəhəri yaxınlığında “Xocalı-613” bağında işğalçı Ermənistan Ordusunun Gəncə və Bərdə şəhərlərində, eləcə də digər yaşayış məntəqələrində törətdiyi terror aktlarının qurbanları yad edilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Femida.az-a verilən xəbərə görə, tədbirdə azərbaycanlılarla yanaşı, İsraildəki digər icmaların nümayəndələri və yerli sakinlər də iştirak edib. “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının prezidenti Lev Spivak Qarabağda hərbi əməliyyatların başlamasından artıq 40 gün keçdiyini tədbir iştirakçıların diqqətinə çatdırıb. Daha sonra həlak olan dinc sakinlərin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Terror qurbanlarını anmaq üçün Xocalı abidəsinin önünə gül dəstələri və çələnglər düzülüb.
Tədbirdə iştirak edən Kiryat Bialik şəhər merinin müavini Nyuma Raçevskiy yəhudi xalqının haqlı mübarizədə daim Azərbaycanı dəstəkləyəcəyini bildirib. Dağ yəhudiləri sinaqoqunun baş ravvini Şmuel Simantov Qafqazda sülhün bərqərar olması üçün dualar edib. Əllərində Azərbaycanın və İsrailin dövlət bayraqlarını tutan tədbir iştirakçıları şəhər sakinlərinə erməni vandalizmini əks etdirən bukletlər paylayıblar.
Oxunub: 471
Oxşar xəbərlər
- İsraildə terror aktını həyata keçirən şəxsin kimliyi məlum olub
- İsraildə BƏƏ səfirliyi açılıb
- İsraildə ölənlərin sayı 45-ə çatdı - Ölkədə matəm elan olundu
- İsraildə dini bayram zamanı FACİƏ - 38 nəfər ölüb
- İsraildən göndərilən tibbi və humanitar yardımın ikinci hissəsi Azərbaycana gətirilib
- İsraildə koronavirusa yoluxanların sayı 800 min nəfərə çatır
- İsraildə yaşayan yüzlərlə insan erməni təxribatına etiraz edib
- İsraildə Azərbaycana dəstək aksiyası keçirildi
- İsraildə Azərbaycana dəstək aksiyası keçiriləcək
- İsraildə "Fransanın xarici işlər naziri" həbs edildi