Düşmənin atəş nöqtəsi və şəxsi heyəti məhv edildi - VİDEO


11:57     09 Noyabr 2020 2020/11/42050-1604905999_1604908727.jpg

Noyabrın 8-dən 9-na keçən gecə Ermənistan silahlı qüvvələrinin 10-cu dağatıcı diviziyasının Tərtər rayonunun Ulu Qarabəy (keçmiş Metsşen) məntəqəsindəki atəş nöqtəsində qərarlaşan minaatan heyəti Azərbaycan Ordusunun mövqelərini atəşə tutub. Bölmələrimiz tərəfindən həmin atəş nöqtəsindəki minaatan və heyəti dəqiq zərbə ilə məhv edilib.

Bu barədə Femida.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, bölmələrimiz tərəfindən Tonaşen məntəqəsi yaxınlığındakı düşmənin 1 ədəd T-72 tankı və cəbhənin Xocavənd istiqamətində hərəkət edən şəxsi heyəti də sərrast atəşlə məhv edilib.




Femida.az

Açar sözlər:

Oxunub: 762