Ukrayna Prezidenti koronavirusa yoluxub


19:44     09 Noyabr 2020 20_11_09_1604936736.jpg

Ukrayna Prezidenti Vladimir Zelenskidə COVID-19 aşkarlanıb.

Femida.az xəbər verir ki, bu barədə dövlət başçısı "Telegram"da özü bildirib. Koronavirus testinin nəticəsinin müsbət olduğunu deyən dövlət başçısı özünü yaxşı hiss etdiyini vurğulayıb.

"Dünyada COVID-19-un təhlükə törətmədiyi xoşbəxt yoxdur. Bütün karantin tədbirlərinə baxmayaraq, mən də müsbət (koronavirus testi-red) nəticə aldım", - deyə Zelenski yazıb.

Dövlət başçısı əlavə edib ki, indi hərarəti 37,5-dir. "Özümü yaxşı hiss edirəm. Təcrid edilməyə söz verirəm və işləməyə davam edirəm, - Ukrayna lideri qeyd edib.

Açar sözlər:

Oxunub: 431