Rusiyadan Qarabağa sülhməramlıların olduğu daha 2 təyyarə yola düşüb
10:09 10 Noyabr 2020
Göyərtəsində rusiyalı sülhməramlılar olan daha iki “İl-76” təyyarəsi Ulyanovsk-Vostoçnı aerodromundan havaya qalxıb.
Femida.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Təyyarələrdən birində şəxsi heyət və zirehli transportyorlar (ZTR) var. Digərinin göyərtəsində isə sülhməramlı birləşmələrin personalı, maddi vasitələr və avtomobil texnikası var.
Ümumilikdə Rusiyadan göyərtəsində sülhməramlılar olan 6 təyyarə yola düşüb.
Daha əvvəl Rusiya Federasiyasının Qarabağdakı sülhməramlı kontingentinin 1 960 sayda odlu silahlı hərbi qulluqçudan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət olacağı bildirilmişdi.
Oxunub: 642
Oxşar xəbərlər
- Rusiyadan Azərbaycana dərman preparatlarının gətirilməsinin qarşısı alınıb
- Rusiyadan qayıdan kişi müəllim arvadını niyə öldürdü? - Zaqataladakı cinayətin təfərrüatı
- Rusiyadan Azərbaycana ekstradisiya edilən şəxsin məhkəməsi başlayır
- Rusiyadan məhsulların və xammalın ixracına qadağa qoyulur
- Rusiyadan Telman İsmayılovla bağlı yeni qərar
- Rusiyadan Azərbaycana ixrac olunan məhsullarda yoxlamalar aparılıb
- Rusiyadan idxal edilən toyuq ətində salmonella aşkarlanıb
- Rusiyadan Qarabağa minatəmizləyənlər gəlib
- Rusiyadan İrəvana sülhməramlılar gəlməkdə davam edir
- Rusiyadan daha 440 nəfər Azərbaycana gətirilib