44 günlük müharibə - Şərtlər bizi qane edirmi?


21:58     10 Noyabr 2020 20_11_10_1605031931.jpg


6 ilə 11 rayon itirmişdik. 44 günə o rayonların 8-ni erməninin ayağı dəyməyəcək şəkildə tər-təmiz geri aldıq. Yerdə qalan 3 rayonu da aldıq, sadəcə bu 3 rayonda ermənilərə yaşamağa biz icazə veririk. Bəli BİZ, İCAZƏ VERİRİK deyə onlar orada yaşaya biləcəklər.

Əmin olun, Dağlıq Qarabağdan qaçan ermənilərin heç 50 faizi geri o 3 rayona qayıtmayacaq. Bu da çox kiçik bir rəqəmdir. Zamanla qalanları da əridib çıxaracağıq oradan. Hansı erməni azərbaycanlıların arasında daim qorxuda yaşamaq istəyər ki? Və beləliklə 5-10 il sonra ərazidə erməni deyilən bir şey qalmayınca rus sülhməramlılarının da getməsi labüd olacaq.

Niyə də düşünməyək ki, o üç rayonda ermənilərin yaşamasına icazə verilməsi sadəcə formal xarakter daşıyır. Yəni, beynəlxalq ictimaiyyət görsün ki, hə, ermənilərə də müəyyən hüquqlar verildi. Faktiki olaraq isə erməni Qarabağda 30 ildir yaşadığı kimi yaşaya bilməyəcək. Daimi səksəkədə olacaq.

Əslində 10 noyabr müqaviləsi Prezident İlham Əliyevin gələcəyə hesablanmış imzası idi. Mən bu müharibədə gördüm ki, bizim Prezidentimiz düşündüyümüzdən qat-qat bilikli, siyasi gedişatları bilən, doğru zamanda doğru qərarları verən bir rəhbərdir. Yəqin ki, bu da uşaqlıqdan siyasi məcrada bişib püxtələşməsindən irəli gəlir.

Ali Baş Komandan qalan rayonları da müharibə yolu ilə alsa, dünya bizə sülhün əleyhinə olan dövlət kimi yanaşacaqdı. İndiki halda isə sülh imzalayıb, ermənilərə hüquqlar tanınması, Prezidentin gələcəyə hesabladığı gedişatdır. Ermənilər Azərbaycan qorxusu altında Qarabağda uzun müddət yaşamayacaq, yaşaya bilməyəcək.

Beləliklə dünya həm Azərbaycanın humanistliyini görmüş olacaq, həm də yaxın illərdə ermənilər Dağlıq Qarabağdan öz xoşu ilə getməyə başlayacaq.

45 gün əvvəl bizə yuxu kimi görünən Qarabağa ayaq basırıq. İşğal edilən 8 rayonu heç bir erməni ayağı dəyməyəcək şəkildə geri almaq, üstəlik 3 rayonu müharibəsiz azad etmək, Naxçıvana quru yol açılması, ən əsası sınmış erməniləri izləyərək qürurlanmaq... Bunlar hamısı böyük nəticələrdir. 44 günlük müharibə bizə çox şey verdi. Şəhidlərimiz öz qanı ilə tarixi yenidən yazdı... Ruhunuz şad olsun!!!

Amin Nəzərli

Açar sözlər: #Qarabağ   #müharibə   #köşə   #AminNəzərli  

Oxunub: 2196