DİN-dən komendant saatı ilə bağlı müraciət


18:23     11 Noyabr 2020 2020/01/din_esas_1578646645.jpg


Daxili İşlər Nazirliyi komendant saatı ilə əlaqədar vətəndaşlara müraciət edib.

Nazirlikdən Femida.az-a daxil olan müraciətdə deyilir:

“Vətəndaşlardan xahiş edirik ki, gedəcəyiniz ünvanadək olan məsafəni nəzərə alaraq komendant saatının başlanmasınadək, yəni saat 21:00-dək küçədəki hərəkətlərinizi başa çatdıraraq yaşadığınız ünvanlara qayıdasınız. Eləcə də, komendant saatı dövründə xüsusi icazə və şəxsiyyəti təsdiq edən sənəd olmadan küçələrə və digər ictimai yerlərə çıxmayasınız”.

Femida.az

Açar sözlər:

Oxunub: 428