Rusiya Müdafiə Nazirliyinin saytında Qarabağdakı sülhməramlılarla bağlı xüsusi bölmə yaradılıb
09:30 13 Noyabr 2020
Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında “Dağlıq Qarabağda Rusiya sülhməramlı kontingenti” adlı xüsusi bölmə yaradılıb.
Femida.az xəbər verir ki, bu barədə nazirlikdən jurnalistlərə məlumat verilib.
“Yeni bölmədə müvafiq xəbərlər və multimediya materialları, infoqrafik məlumatlar, habelə Rusiya Müdafiə Nazirliyi rəhbərliyinin sülhməramlı əməliyyatın aparılması ilə bağlı brifinqləri dərc ediləcək”, - deyə Müdafiə Nazirliyindən bildirilib.
Sayt ziyarətçiləri Laçın dəhlizi ərazisindəki Rusiya müşahidə postlarının yerləşdiyi xəritələrə baxa, Dağlıq Qarabağ ərazisindəki mövcud vəziyyətlə tanış ola biləcəklər.
Nazirliyin məlumatına görə, bu bölmə daim Rusiya sülhməramlılarının işi və münaqişə bölgəsindəki vəziyyət barədə aktual xəbərlərlə, foto və video materiallarla yenilənəcək. Bütün məlumatlar xarici dillərə tərcümə olunacaq.
Oxunub: 435
Oxşar xəbərlər
- Rusiya Ukraynanın Zaporojye şəhərini raket atəşinə tutub
- Rusiya səfiri Finlandiya XİN-ə çağırılıb
- Rusiyada hərbi komissarlığa silahlı hücum olub, hərbi komissar ölüb
- Rusiyada qismən səfərbərlik elan olunub
- Rusiya və Ermənistan müdafiə nazirləri arasında telefon danışığı olub
- Rusiya böyük itkilər verdi
- Rusiya Ukraynada sərnişin qatarına zərbə endirib, 22 nəfər ölüb, yaralananlar var
- Rusiyada son 5 ayın rekord yoluxma halı qeydə alınıb
- Rusiya “azov”çu əsirlərin saxlanıldığı həbsxananı vurub, 53 nəfər ölüb
- Rusiya Finlandiyaya xəbərdarlıq edib