Ağstafada sərnişindən silah-sursat götürüldü


11:50     13 Noyabr 2020 20_11_13_1605253368.jpg

Ağstafa polisi qanunsuz silah saxlayan şəxsə qarşı əməliyyat keçirib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, Tovuz Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri keçiriblər.

Ağstafa rayon sakini E.Qəhrəmanovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil saxlanılıb.

Nəqliyyat vasitəsinə baxış zamanı sərnişin N.Məsimovdan “AK-74” markalı avtomat silahı, 22 ədəd patron və 1 ədəd patron darağı aşkar edilərək götürülüb.

Açar sözlər:

Oxunub: 511