Diaspor Komitəsi Polşada ölən azərbaycanlı barədə açıqlama yaydı


15:54     13 Noyabr 2020 20_11_13_1605269682.jpg


"Üç ilə yaxındır Polşada təhsil alan və işləyən İsmayılov Müşviq Asif oğlu dünyasını dəyişib".


Bu barədə Femida.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, məlumat əldə edildikdən dərhal sonra Komitə baş verən hadisə ilə maraqlanıb və əlavə məlumatların əldə olunmasında Polşa Azərbaycanlıları Şurası yaxından iştirak edib.

Polşa polis orqanlarının ilkin istintaqın nəticələrinə əsasən verdiyi məlumata görə, soydaşımız intihar edib.

Hazırda istintaq-əməliyyat qrupu faktı araşdırır və istintaq bitdikdən sonra ölüm hadisəsi barədə rəsmi məlumatın veriləcəyi gözlənilir.

Dövlət Komitəsi hadisəni nəzarətdə saxlayır.

Femida.az

Açar sözlər:

Oxunub: 589