Bazar gününə olan hava proqnozu açıqlanıb
12:22 14 Noyabr 2020
Noyabrın 15-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Femida.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə duman, çiskinli olacağı, axşama doğru isə yağış yağacağı gözlənilir.
Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 6-9, gündüz 12-14, Bakıda gecə 7-9 gündüz 12-14 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu təşkil edəcək, nisbi rütubət 70-80 faiz olacaq.
Noyabrın 15-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şərq rayonlarında yağış yağacağı, duman olacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 5-9, gündüz 11-16, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti olacaq.
Oxunub: 458
Oxşar xəbərlər
- Bazar günü rayonlara intensiv yağış yağacaq, şimşək çaxacaq
- Bazar gününə olan hava proqnozu açıqlanıb
- Bazar gününə olan hava proqnozu açıqlanıb
- Bazar gününə olan hava proqnozu açıqlanıb
- Bazar gününə olan hava proqnozu açıqlanıb
- Bazar gününə olan hava proqnozu açıqlanıb
- Bazar gününün havası açıqlandı
- Bazardüzündəki yüksəkliyə “Zəfər zirvəsi” adı verildi - VİDEO
- Bazar günü karantini pozan 4 nəfər həbs edilib
- Bazarda saxta alkoqollu içkilər var — Ehtiyatlı olun (FOTO)