ANAMA-nın minaya düşən əməkdaşının ayağı amputasiya olundu


09:07     15 Noyabr 2020 20_11_15_1605417538.jpg

Xəbər verdiyimiz kimi, dünən saat 16:30 radələrində Füzuli rayonunun işğaldan azad olunmuş Alxanlı kəndində mülki əhalinin girişi qadağan olunan təhlükəli ərazidə 1984-cü il təvəllüdlü Əhmədov Yasin Ələsgər oğlu və onun qardaşı 1989-cu il təvəllüdlü Əhmədov Asif Ələsgər oğlu mal-qara otararkən piyada əleyhinə minaya düşüblər.


ANAMA-nın Mətbuat Xidmətindən “Report“a verilən məlumata görə, partlayış nəticəsində Əhmədov Yasin Ələsgər oğlu həlak olub, Əhmədov Asif Ələsgər oğlu isə ağır dərəcəli bədən xəsarəti alıb.

Asəf Xudiyev
Asəf Xudiyev
Mülki vətəndaşların təxliyyə olunması üçün agentliyin minaaxtaranları əraziyə cəlb olunub. Təxliyə əməliyyatı zamanı Əhmədov Asif Ələsgər oğlu ərazidən çıxarılıb, Əhmədov Yasin Ələsgər oğlunun təxliyəsi zamanı isə agentliyin minaaxtaranı, 1979-cu il təvəllüdlü Xudiyev Asəf Mürsəl oğlu düşmən tərəfindən basdırılmış piyada əleyhinə minaya düşüb, nəticədə sol ayağı topuq nahiyəsindən amputasiya olunub və çoxsaylı qəlpə yarası alıb.

Xudiyev Asəf Mürsəl oğlu Füzuli rayon Diaqnostika Mərkəzində cərrahiyyə əməliyyatı edilib, vəziyyəti sabit ağırdır:

“Bir daha bildiririk ki, qeyd olunan ərazilər işğaldan azad olunmuş torpaqlardır və təhlükəsizlik səbəbindən həmin ərazilərə mülki şəxslərin girişi qəti qadağandır“.

Femida.az

Açar sözlər:

Oxunub: 489