PKK-nın əsas terrorçularından biri öldürülüb
21:24 15 Noyabr 2020
Türkiyədə PKK terror təşkilatının bir nömrəli isminin öldürülməsi məlum olub.
Femida.az -ın Türkiyə mediasına istinadla xəbərinə görə, PKK-nın “Yılmaz” kod adlı terrorçu İsmail Sürgeç 10 noyabrda öldürülərək zərərsizləşdirilib.
O, PKK-nın “Dersim əyalətinin “komandiri” olub və Tuncelidə axtarışı üçün başına 10 milyon Türk lirası qoyulub.
İ.Sürgec bir çox terror hücumlarına rəhbərlik etməklə və PKK-dan qaçanları öldürməklə tanınıb.
Oxunub: 504