Yük və minik maşınları toqquşdu: ata öldü, oğlu ağır yaralandı


10:57     16 Noyabr 2020 20_11_16_1605509981.jpg

Ucarda ölümlə nəticələnən qəza baş verib.

Femida.az -;n xəbərinə görə, hadisə Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunu Pirkənd kəndindən keçən hissəsində qeydə alınıb.

Göyçay rayon sakini, 1956-cı il təvəllüdlü Mübariz İbrahim oğlu Rəhimovun idarə etdiyi "VAZ-2106" markalı minik maşını ilə Türkiyə vətəndaşı, 1982-ci il təvəllüdlü Gülsoy Serkanın idarə etdiyi "TİR" toqquşub. Nəticədə sürücü M.Rəhimov aldığı ağır xəsarətlərdən ölüb. Maşında sərnişin qismində olan oğlu, 1984-ci il təvəllüdlü Elvin Rəhimov müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 549