BNA hava şəraitinə görə sürücü və piyadalara müraciət etdi


11:25     23 Noyabr 2020 2020/11/60C6CCC2-FB87-43AC-855B-1E3CC3EA618A_1606116434.jpeg

Bakı Nəqliyyat Agentliyi (BNA) hava şəraiti ilə əlaqədar sürücü və piyadaları diqqətli olmağa çağırıb.

Agentlikdən Femida.az-a verilən məlumatda bildirilir ki, hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına ehtiyatlı olmaq tövsiyə edilir:

"Sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meteoroloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmalarını xahiş edirik.

Eyni zamanda, piyadalara yolun hərəkət hissəsinə çıxmamaq və yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələri tövsiyə edilir".

Femida.az

Açar sözlər:

Oxunub: 414