Hərbçilərimiz ermənilərə Gülablıdan çıxmağa yardım etdi
15:40 24 Noyabr 2020
1993-cü il iyulun 23-də Ağdamın işğal olunmasından sonra bu şəhərdə yaşamağa başlayan ermənilər bu il noyabrın 20-dək Abdal Gülablı kəndindən çıxmayıb.
Femida.az xəbər verir ki, noyabrın 20-də kəndə daxil olan Azərbaycan hərbçiləri kəndin boşaldılmadığının şahidi olublar. Bundan sonra ermənilər Azərbaycan Ordusunun əsgərlərinin müşayiəti və yardımı ilə kənddən rahat şəkildə çıxıblar.
Kəndin boşaldılması zamanı çəkilən videolardan görünür ki, Gülablı kəndində məskunlaşmış ermənilər qalan əşyalarını çıxartmaq üçün Azərbaycan hərbçilərinə müraciət edirlər. Hərbçilərimiz də onlara yardım edir.
Buradan Azərbaycan hərbçilərinin yüksək peşəkarlığı, insaniyyəti, humanistliyi, insanpərvərliyi aydın sezilir. Məlum olur ki, Azərbaycan Ordusu heç vaxt mülki əhaliyə qarşı pis davranmayıb, əksinə yardım göstərib.
Femida.az
Oxunub: 468
Oxşar xəbərlər
- Hərbçilərimiz Rusiyadan qayıdıb
- Hərbçilərimiz Türkiyədə komando kursunu uğurla bitirdi
- Hərbçilərimiz Türkiyədəki qış təlimlərini başa vurdu - VİDEO
- Hərbçilərimiz Xudafərin körpüsündən Ali Baş Komandana raport verdilər
- Hərbçilərimiz ermənilərin ən güclü raket sistemini sıradan çıxardı
- Hərbçilərimiz Moskvaya yola düşüb
- Hərbçilərimiz Moskvada keçiriləcək hərbi paradda iştirak edəcək
- Hərbçilərimiz beynəlxalq tədbirlərdə iştirak edir
- Hərbçilərimiz ABŞ-ın təşkilatçılığı ilə keçiriləcək təlimdə iştirak edəcək
- Hərbçilərimiz Qazaxıstana yola düşüb