Astarada COVID-19 xəstələri saxlanılıb
15:37 25 Noyabr 2020
Astara Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə COVID-19 infeksiyasına yoluxmuş daha 2 nəfər rayon sakininin yaşayış yerini tərk etdiyi müəyyən edilib.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Astara rayonunun Pensər kənd sakini A.Nəsirova və Vaqo kənd sakini R.Xankişiyevə COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə əsasən ev şəraitində müalicə təyin edilib və onlara yaşayış yerini tərk etməmələri tapşırılıb
Lakin Astara RPŞ-nin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxslərin yaşayış yerlərini tərk etdiyi müəyyən edilib və onlar rayon ərazisində müxtəlif yerlərdə saxlanılaraq yaşadıqları ünvanlara geri qaytarılıblar.
Onların törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün Astara RPŞ-nin İstintaq Bölməsində araşdırma aparılır.
Femida.az
Oxunub: 472
Oxşar xəbərlər
- Astarada qardaşını baltalayan qadının məhkəməsi başlayır
- Astarada minik və yük avtomobilləri toqquşub, ölən və yaralanan var
- Astarada toyda dava düşüb, xəsarət alan var
- Astarada polisi öldürmək istəyən şəxsə 17 il 7 ay həbs cəzası verilib
- Astarada yük avtomobili qəzaya uğrayıb, ölən və yaralanan var
- Astarada meşədə yanğın başlayıb
- Astarada şadlıq sarayının sahibi və toy təşkilatçısı cərimələnib
- Astarada su anbarında üç aylıq körpənin meyiti aşkarlanıb
- Astarada 5 uşaq atası intihar edib
- Astarada 20 yaşlı gənci avtomobil vurub