Qaxda yanğın olub, xəsarət alan var


09:52     27 Noyabr 2020 2020/11/1964a287-e49f-35e8-8c37-73ba92f16b0c_850_1606455362.jpg

Qax rayonunda yanğın hadisəsi baş verib.

Bu barədə Femida.az -a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Qax rayonunda ümumi sahəsi 400 m² olan mağazanın zirzəmisində karton taralar 5 m² sahədə yanıb. Yanğın zamanı müxtəlif xəsarətlər alan 1 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

Mağaza yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Açar sözlər:

Oxunub: 433