Putin koronavirusa görə «Bunker»dən çıxmır


10:58     28 Noyabr 2020 20_11_28_1606547501.jpg

«Vladimir Putin artıq öz bunkerini tərk etmir. Rusiya prezidenti ilə görüşməyə hazırlaşan hər bir şəxs əvvəlcə 2 həftəlik karantindən keçməlidir».

Femida.az xəbər verir ki, bu barədə Almaniyanın «Augsburger Allgemeine» nəşri yazır.

Xatırladaq ki, hazırda Rusiyada gündəlik koronavirus yoluxması sayı rəsmi rəqəmlərlə 25 mini keçir, müstəqil ekspertlər isə real rəqəmlərin 5 dəfə artıq olduğunu bildirirlər.
«Hazırda Rusiya paytaxtında yaşı 65-dən yuxarı olanlar hökmən «ev rejimi»ni qoruyuvb saxlamalıdırlar. Moskva meri Sergey Sobyaninin göstərişinə görə, bu rejimə pensiyaçılar, xroniki xəstələr, eləcə də hamilələr və yuxarı sinif şagirdləri də əməl etməlidir. Şəhər bu üsulla pandemiyanı nəzarətdə saxlamaq istəyir».

«Moskva merinin göstərdiyi risk qrupuna 68 yaşlı Rusiya prezidenti də daxildir. Və Putin «ev rejimi»nə artıqlaması ilə əməl edir»- qəzet yazır

Artıq bir neçə ay əvvəl 68 yaşlı prezident özünün Moskva ətrafındakı Novo-Oqaryovo iqamətgahında «gizlənib». Onun bej rəngli, pəncərəsiz kabinetindən təşkil edilən videokonfransları adi hala çevrilib. Bu onlayn görüşlər zamanı prezident darıxan görünüşlə stolun üstündəki qələmi sağa-sola fırladır. «Prezidentlə sıx təmasda işləyən hər kəs isə artıq neçə aydır ki, ailəsindən ayrı yaşayır. Prezident administrasiyasının işçiləri, o cümlədən Putinin şəxsi fotoqraf və operatorları hələ yay aylarından karantindədirlər».

Prezidentlə görüşdən əvvəl – hətta bu görüş kontaktsız və ara məsafəsi saxlamaqla olsa belə - koronavirus testi vermək isə məcburi sayılır»-məqalədə deyilir.

«Prezident Kremlə demək olar ki, getmir. Qonaqları öz qəbuluna dezinfeksiya edici tuneldən keçməklə qəbul edir. Rusiyalıları Putinin iqamətgahını «bunker» adlandırırlar. Vaxtilə olduqca təsirli şəkildə təşkli edilən əhali ilə «qəfləti" görüşlər də daha yoxdur.

Bir neçə gün əvvəl isə Rusiyanın «Proekt» nəşri araşdırıb ki, görüşlərdə Putinin əlini sıxanlar bundan əvvəl necə yoxlamalardan keçirlər. Məsələ bundadır ki, Kreml rəhbəri heç vaxt əl sıxmaqdan yayınmayıb, üstəlik adam içində maska da geyinməyib.

«Prezidentlə şəxsən danışmaq istəyənlər iki həftə karantində keçirməlidirlər. Burada Putinin koronavirusa yoluxmasından çox qorxurlar» - deyə qəzet yazır.

Prezidentlə görüşməyə hazırlaşan şəxslər, hətat kollektivlər də xüsusi pansionatlarda iki həftəlik karantində qalırlar. Qonaqları Soçinin «Daqomıs» və «Rus» pansinatları qəbul edir. Yeri gəlmişkən. Putinlə sentyabrın 23-də görüşən atom sənayesi işçilərinin bütün 30 nəfəri 2 həftəlik karantində olub. Bunlardan biri Putindən Əmək Qəhrəmanı ulduzu alıb və onun əlini sıxıb.

Putinlə görüşdən əvvəl karantinə götürülənlər arasında yüksək vəzifəlilər və prezidentin yaxın dostları, o cümlədən «Qazprom»un rəhbəri Aleksey Müller də var. Məmurlar karantini hökumət bağlarında, ya da elə Novo-Oqaryevo ərazisində keçirlər. «Qalanları ilə prezident ya videoəlaqə, ya da böyük miəsafədən danışır».

Putinin mətbuat katibi Dmitri Peskov bu yazılanların bir hissəsinin həqiqətə uyğun olduğunu bildirib.

Qəzetlə həmsöhbət olan həkimlər koronavirusdan saysız –esabsız ölümlərin olduğunu bildirir. Burada bəzi xəstəxanalar tamamilə dolub, xəstələrə xəstəxanaların dəhlizlərində, hətta pilləkənlərdə xidmət edirlər. «Adamlar milçək kimi ölürlər. Mən hələ indiyədək eyni anda bu qədər ölüm görməmişdim»-deyə Tolyattidən olan həkim bildirir.

Bəs Rusiyanın bir qədər əvvəl təqdim etdiyi vaksin necədir? «Boş şeydir»-deyə qəzetin həmsöhbətləri bildirir. Amma onu da deyirlər ki, vaksin üçün növbəyə yazılıblar: «Çünki bunu rəhbərlik tələb edir».

Femida.az

Açar sözlər:

Oxunub: 1088