Oğuzda qaydaları pozan koronavirus xəstəsi saxlanılıb
09:45 30 Noyabr 2020
Oğuzda COVID-19 infeksiyasına yoluxmuş rayon sakininin yaşadığı ünvanı tərk etməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Femida.az -a verilən məlumata görə, koronavirus testinin nəticəsi pozitiv olan Tariyel Əliyevə ev şəraitində müalicə təyin edilib, karantin rejiminin qaydaları ona izah olunub. Lakin o, qaydalara əməl etməyərək yaşadığı ünvanı tərk edib və digərlərinin də sağlamlığı üçün təhlükə yaradıb. Polis əməkdaşları onun olduğu yeri müəyyən edib və həkim briqadasının da iştirakı ilə yaşadığı ünvana geri qaytarılıb.
T. Əliyev barəsində Oğuz Rayon Polis Şöbəsinin İstintaq qrupunda araşdırma aparılır.
Oxunub: 369
Oxşar xəbərlər
- Oğuzda avtomobil ağaca çarpılıb, xəsarət alan var
- Oğuzda ev yanıb, 82 yaşlı qadın yanaraq ölüb
- Oğuzda dağda 43 yaşlı kişinin meyiti tapılıb
- Oğuzda meşə ərazisində yanğın olub
- Oğuzda ağır yol qəzasında bir ailənin üç üzvü yaralanıb
- Oğuzda qohumunun evindən oğurluq edən şəxs saxlanılıb
- Oğuzda elektron qolbaq daşıyan şəxsdən narkotik götürülüb
- Oğuzda avtomobil aşıb, sürücü xəsarət alıb
- Oğuzdakı yanğın söndürülüb
- Oğuzda iki avtomobil toqquşub, xəsarət alan var