Laçının işğaldan azad olunması münasibətilə avtoyürüş keçirilib - Fotolar
14:21 01 Dekabr 2020
Ali Baş Komandan, Prezident İlham Əliyevin Laçının işğaldan azad olunması ilə bağlı xalqa müraciətindən sonra Bakı şəhərində bayram yürüşü başlayıb.
Müraciətdən sonra Bakı sakinləri Su İdman Sarayından üzü Şəhidlər Xiyabanı istiqamətində avtomobillərlə yürüş edib. Əhalinin bir qismi isə eyni vaxtda Bakının Yasamal rayonu, 20 saylı orta məktəb - liseyindən yürüşə start verib.
Qeyd edək ki, Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də Laçın rayonuna daxil olub. / Trend
Femida.az
Oxunub: 601
Oxşar xəbərlər
- Laçının Seyidlər kəndi - VİDEO
- Laçının Qalaça kəndi - VİDEO
- Laçının Bozlu kəndi - VİDEO
- Laçının Ağbulaq kəndindən görüntülər - VİDEO
- Laçının Hüsülü və Malıbəy kəndləri - VİDEO
- Laçının Qarıqışlaq kəndi - VİDEO
- Laçının işğaldan azad olunan Güləbürd kəndi
- Laçının bir neçə kəndi işğaldan azad olunub
- Laçının işğalından 26 il keçir