Kürdəmirdə karantin qaydalarını pozan restoran sahibi cərimələnib


18:53     02 Dekabr 2020 20_12_02_1606921094.jpg

Kürdəmirdə restoran sahibi karantin qaydalarını ciddi şəkildə pozaraq fəaliyyət göstərdiyinə görə cərimələnib.

Femida.az xəbər verir ki,Kürdəmir rayon Xırdapay kənd ərazisində yerləşən “Qarabağ” restoranının sahibi Hacıyev Baqir İlham oğlu karantin qaydalarını ciddi şəkildə pozduğuna görə rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb və Polis Şöbəsinə gətirilib.

Rayon Polis Şöbəsinin əməkdaşları onunla profilaktik söhbətlər apardıqdan sonra işinə hüquqi qiymət verilməsi üçün Baqir Hacıyevi Kürdəmir rayon Məhkəməsinə aparıblar.Sonda Məhkəmənin qərarı ilə Baqir Hacıyev karantin qaydalarını ciddi şəkildə pozduğuna görə 3 min (üç min) manat cərimə olunub.

Hazırda Kürdəmir rayon Polis Şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirirlər.(Report)

Açar sözlər:

Oxunub: 583