Cavuşoğlu NATO XİN başçıları toplantısında bəzi ölkələri “Qarabağ məsələsində bitərəf ola bilmədiniz” deyə tənqid edib
21:12 02 Dekabr 2020
“Qarabağ məsələsində bitərəf ola bilmədiniz”.
Femida.az -ın xəbərə görə, NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin bu gün telekonfrans formatında keçirilən toplantısında Fransa və Yunanıstan xarici işlər nazirlərinin Qarabağ münaqişəsi ilə bağlı Türkiyəni tənqid etməsinə Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu belə cavab verib.
Bu barədə Türkiyə diplomatik mənbələrindən “CNN Türk”ə verilən məlumatda qeyd olunub.
Diplomatik mənbələrdən o da bildirilib ki, NATO-ya üzv ölkələrin XİN başçıları toplantısında Türkiyənin təcrid edilməsi haqqında deyilənlər həqiqətən uzaqdır: “İclasda Yunanıstan, Fransa və ABŞ üçlüyünün Türkiyəyə yönəlmiş hücumları Almaniya, İngiltərə, İtaliya, İspaniyanın XİN başçıları tərəfindən dəstək ala bilməyib”, - deyə bildirilib.
Oxunub: 567
Oxşar xəbərlər
- Çavuşoğlu Azərbaycanın Londondakı səfirliyinə hücumu qınayıb
- Çavuşoğlu və Lavrov Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edib
- Çavuşoğlu etiraz edən ermənilərə “Bozqurd” işarəsi ilə cavab verib
- Çavuşoğlu NATO-nun toplantısında iştirak edəcək
- Çavuşoğlu Lavrovla Qarabağla müzakirə ediblər
- Çavuşoğlu ABŞ-ın dövlət katibi ilə görüşüb
- Çavuşoğlu və Lavrov arasında telefon danışığı olub
- Çavuşoğlu İranda səfərdədir
- Çavuşoğlu Azərbaycanı təbrik etdi
- Çavuşoğlu Qoşulmama Hərəkatının yubiley toplantısında iştirak edəcək