Oğuzda koronavirus xəstəsi barədə cinayət işi başlanılıb


11:11     03 Dekabr 2020 20_12_03_1606977951.jpg

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə daha bir koronavirus xəstəsinin yaşadığı ünvanı tərk etməsi müəyyən edilib.


DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Femida.az-a verilən məlumata görə, COVİD-19 virusunun daşıyıcısı, rayonun Sincan kənd sakini Asif Xasıyev karantin qaydalarını pozaraq, yaşadığı ünvanı tərk edib və kənd ərazisində hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılıb. O, dərhal yaşadığı ünvana geri qaytarılıb.

A. Xasıyev barəsində Oğuz RPŞ-nin İstintaq qrupundan cinayət işi başlanılıb.

Açar sözlər:

Oxunub: 411