Daha bir vəkil koronavirusdan vəfat etdi


15:24     03 Dekabr 2020 vekil%20esas.jpg


Vəkillər Kollegiyasının daha bir üzvü, "Lider" Vəkil Bürosunun müdiri Əli Ələkbərov vəfat edib.

Femida.az Vəkillər Kolegiyasına istinadən xəbər verir ki, Ə.Ələkbərov COVID-19-dan dünyasını dəyişib.

Bununla əlaqədar, Vəkillər Kollegiyasının Rəyasət Heyəti mərhum vəkilin yaxınlarına dərin hüznlə başsağlığı verib.

Qeyd edək ki, son bir neçə gün ərzində Azərbaycanda Vəkillər Kollegiyasının üvləri - Adil İsmayılov, Yusif Seyidov və Tahir Əlirzayev da koronavirusdan vəfat edib.

Allah rəhmət eləsin!

Femida.az

Açar sözlər: #vəkil   #koronavirus  

Oxunub: 822