Taksi fəaliyyəti ilə məşğul olan COVİD-19 xəstəsi saxlanılıb - FOTO
11:41 04 Dekabr 2020
Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə koronavirus xəstəsinin taksi fəaliyyəti ilə məşğul olduğu müəyyən olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Femida.az-a verilən məlumata görə, şəhər sakini Loğman Səfərovun COVİD-19 testinin nəticəsi pozitiv olduğu üçün ona ev şəraitində müalicə təyin edilib, karantin qaydaları izah olunub. Buna baxmayaraq L.Səfərov olunan xəbərdarlığa məhəl qoymayaraq yaşadığı evi tərk edib və özünə məxsus 02-BS-645 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobillə sərnişindaşıma fəaliyyəti ilə məşğul olub.
L.Səfərov yaşadığı ünvanı tərk etməklə və taksi fəaliyyəti ilə məşğul olmaqla karantin rejimi qaydalarını kobud şəkildə pozub, digər şəxslərin də infeksiyaya yoluxmasına şərait yaratmaqla onların sağlamlığını təhlükə altında qoyub. Polis əməkdaşları tərəfindən həmin şəxs idarə etdiyi avtomobillə şəhər ərazisində olarkən saxlanılıb, əraziyə Təcili Tibbi Yardımın həkim briqadası dəvət olunub və o, yaşadığı ünvana geri qaytarılıb.
L.Səfərov barəsində Mingəçevir Şəhər Polis Şöbəsinin İstintaq bölməsində cinayət işi başlanılıb.
Oxunub: 493
Oxşar xəbərlər
- Taksi 3 piyadanı vurdu, 1 əcnəbi öldü
- Taksi sürücüsünə qarşı quldurluq edən müştərinin məhkəməsi başlayır
- Taksi sürücülərinə bəd xəbər - Oktyabrın 1-dən... - VİDEO
- Taksi sürücülərinin fərqlənmə nisanlarını almasında yenilik
- Taksi fəaliyyəti ilə məşğul olanların nəzərinə!
- Taksi və avtobuslarda maska taxmayan 140 nəfər cərimələndi
- Taksidə maskasız oturmaq qadağan edildi
- Taksi postda polis və hərbçini vurub - Cinayət işi açıldı
- Taksilərlə bağlı qadağa bu gündən başlayır
- Taksi fəaliyyətinə görə müraciətlərin sayı kəskin artıb