Xaçmazda xuliqanlıq törədən şəxs tutulub


15:19     04 Dekabr 2020 terror%20hebs.jpg

Xaçmaz şəhəri ərazisində xuliqanlıq törətməkdə şübhəli bilinən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Femida.az -a verilən məlumata görə, şəhərin Ağtala kənd sakini İ.İsmayılovun xuliqanlıq zəminində döyülməsi və “VAZ-2106” markalı avtomobilinin yan şüşəsinin sındırılması barədə rayon polis şöbəsinə məlumat daxil olub. Xuliqanlığı törətməkdə şübhəli bilinən T.Hümbətov polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyənləşdirilərək saxlanılıb.

Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində təhqiqat aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 232