Silahlı Qüvvələrə Yardım Fonduna toplanan vəsaitin miqdarı məlum oldu
20:24 04 Dekabr 2020
Silahlı Qüvvələrin Yardım Fonduna daxil olan vəsaitin miqdarı açıqlanıb.
Müdafiə Nazirliyindən Femida.az-a verilən məlumata görə, cari il dekabrın 1-dək fonda 210.625.007,86 AZN, 11.171.613,65 ABŞ dolları, 181.319,42 avro, 495.561,33 türk lirəsi, 1.844,72 ingilis funt sterlinqi və 5.398.550,00 rubl vəsait daxil olub.
Qeyd edək ki, noyabrın 1-dən dekabrın 1-dək Silahlı Qüvvələrə Yardım Fonduna 12.611.973,40 AZN, 175.507,81 ABŞ dolları, 15.723,23 avro, 40 türk lirəsi, 550 ingilis funt sterlinqi və 336.000,00 rubl vəsait daxil olub.
Müdafiə Nazirliyinin rəhbərliyi maddi və mənəvi dəstəyini əsirgəməyən hər kəsə öz minnətdarlığını bildirir.
Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb. Fond Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb. Fondun maliyyə mənbəyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə maliyyə köməyi məqsədilə Azərbaycanın ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdən könüllülük əsasında daxil olan maliyyə vəsaiti və qanunvericiliklə qadağan edilməyən digər daxilolmalardır.
Fondun əsas vəzifəsi Azərbaycan Respublikasının etibarlı müdafiəsi üçün Silahlı Qüvvələrin inkişafını və onun maddi-texniki bazasının möhkəmləndirilməsini, həmçinin hərbi qulluqçuların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etməkdir.
Femida.az
Oxunub: 620
Oxşar xəbərlər
- Silahlılar kəndə hücum edərək bir körpəni öldurüb, xəsarət alanlar var
- Silahlı Qüvvələrin hərbçiləri “İgidliyə görə” medalı ilə təltif edilib - SİYAHI
- Silahlı Qüvvələr Günü ərəfəsində gənc əsgərlərlə görüş keçirilib
- Silahlı Qüvvələrin Qarnizon və Qarovul Xidmətləri Nizamnaməsinə dəyişiklik edilib
- Silahlı Qüvvələrdə törədilən cinayətlərin sayı açıqlanıb
- Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsait açıqlandı
- Silahlı Qüvvələrin Hərbi Akademiyasında buraxılış mərasimi olub
- Silahlı Qüvvələrin Yardım Fonduna toplanan vəsaitin miqdarı məlum oldu
- Silahlı Qüvvələr Gününə həsr olunan konsert proqramı hazırlanıb
- Silahlı Qüvvələrin Baş Klinik Hospitalının rəisi vəzifədən azad edilib