18 koronavirus xəstəsi ictimai yerlərdə saxlanıldı


09:56     05 Dekabr 2020 2020/02/din_yeni12_1580995028.jpg

Dekabrın 3-də respublika ərazisində yaşayış yerini tərk edən daha 18 nəfər aktiv koronavirus xəstəsi saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, həmin şəxslər ictimai yerlərdə aşkar ediliblər.

Saxlanılan xəstələrdən 13 nəfər evə qaytarılıb, daha ağır olan 5 nəfər isə xəstəxanaya yerləşdirilib. Saxlanılan şəxslərdən 9 nəfər barədə Cinayət Məcəlləsinin 139-1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsilə cinayət işi başlanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 375