Siyəzəndə koronavirus xəstəsi barəsində cinayət işi başlanıb
10:05 07 Dekabr 2020
Koronavirus infeksiyasının yayılmasının qarşının alınması məqsədi ilə ölkəmizdə elan edilən xüsusi karantin rejiminin müxtəlif yollarla pozulması hallarına qarşı prokurorluq orqanları tərəfindən kompleks və ardıcıl tədbirlər davam etdirilir.
Siyəzən rayon Prokurorluğundan Femida.az-a verilən məlumata görə, Siyəzən rayon sakini, 1983-cü il təvəllüdlü Alıyeva Rüfanə İzahətdin qızı “Covid-19” virusu ilə bağlı test analizi verməklə testin nəticəsinin pozitiv olmasını bilə-bilə xüsusi karantin rejiminə əməl edərək həmin müddəti evdə keçirməli olduğu halda, 04.12.2020-ci il tarixdə Siyəzən rayonu ərazisində rayon sakinləri ilə təmasda olmaqla epidemiya əleyhinə, eləcə də, karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaradıb.
Faktla bağlı Siyəzən rayon prokurorluğunda Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə Siyəzən rayon Polis Şöbəsinə göndərilib.
Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
Oxunub: 406
Oxşar xəbərlər
- Siyəzəndə zəlzələ olub
- Siyəzəndə ev yanıb, xəsarət alan var
- Siyəzəndə yük maşını ilə minik avtomobili toqquşub, ölən var
- Siyəzəndə ər-arvadı şantaj edərək pul alan şəxs saxlanılıb
- Siyəzəndə ata və oğul dəmir yolundan oğurluq edib
- Siyəzəndə zəhərlənmə hadisəsi olub
- Siyəzəndə 40 yaşlı kişi yol qəzasında ağır xəsarət alıb
- Siyəzəndə iki qardaş qəzaya düşüb, biri ağır yaralanıb
- Siyəzəndə itkin düşən məktəbli tapılıb
- Siyəzəndə 9-cu sinif şagirdi itkin düşüb