31 obyektdə pozuntular aşkarlanıb


17:11     08 Dekabr 2020 2020/12/355CC89B-9BE6-45D4-9FDB-70910FC51914_1607433470.jpeg


Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə obyektlərində reydlər davam etdirilir.

AQTA-dan Femida.az- a verilən məlumata görə, Agentlik əməkdaşları tərəfindən 07 dekabr 2020-ci il tarixində Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, eləcə də koronavirus (COVID-19) yoluxmalarının artması müşahidə olunan şəhər və rayonlar (Gəncə, Şəki, Quba, Lənkəran, Şəmkir, Cəlilabad, Sabirabad) üzrə 409 ictimai iaşə obyektində 794 monitorinq keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.

Reyd keçirilən obyektlərdən 31-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə obyektləri aşağıdakılardır:

Bakı şəhəri üzrə:

Bakı şəhəri, Binəqədi rayonu, Həmzə Babaşov, 6-cı mkr. ev.5 ünvanında yerləşən, fiziki şəxs Haqverdiyev Samir Təşkilat oğluna məxsus “Pub Karaoke” kafesi, M.Mirqasımov küçəsində yerləşən, fiziki şəxs Hacıyev Tuncay Əlpənah oğluna məxsus kafe, Binəqədi şosesi, Biləcəri yolunda yerləşən, fiziki şəxs Rüstəmli İsrafil Hüseyn oğluna məxsus “Mələk” restoranı, Nəsimi rayonu, Puşkin küç., ev.13 ünvanında yerləşən, fiziki şəxs Əhədov Müşfiq Ramiz oğluna məxsus dönər evi, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli ev.106 M.5 ünvanında yerləşən, fiziki şəxs Atli Abdulkadirə məxsus kafe, Suraxanı rayonu, Yaşayış Sahəsi V (Yeni Günəşli qəs.) ev.31f ünvanında yerləşən, fiziki şəxs Ənvərov Rafiq Əbdulvahidoviçə məxsus çay evi, Yasamal rayonu, Salamzadə, 1055-ci məhəllə, 1-ci mərtəbə, ev.7 ünvanında yerləşən, fiziki şəxs Qarayeva Gülşən Allahverdi qızına məxsus kafe, Xəzər rayonu, Binə ştq, Fuad Aynulov (Binə qəs.), ev.4 ünvanında yerləşən, fiziki şəxs Əliyev Mircavad Rövşən oğluna məxsus çay evi, Yasamal rayonu, Bəşir Səfəroğlu küç., 2-ci blok, 1-ci mərtəbə, ev. 539-cu məhəllədə yerləşən, fiziki şəxs Məmmədov Ağaxan İxtiyar oğluna məxsus “Portofino” restoranı, Yasamal rayonu, Firudin Ağayev ev A, 559-cu məhəllə M.26 ünvanında yerləşən, fiziki şəxs Hacıyev Rusif Elşad oğluna məxsus kafe, Şirin Mirzəyev 53 ünvanında yerləşən, fiziki şəxs Əskərov Vüsal Mirtahir oğluna məxsus kafe, Səbail Rayonu, Zeynalabdin Tağıyev, ev.16/18 M.0 ünvanında yerləşən, fiziki şəxs Mustafazadə Eşqin Hafis oğluna məxsus “Yoshi Sushi” kafesi, M.Hadi küç., ev 382d ünvanında yerləşən, fiziki şəxs Şirinov Rəşad Behbud oğluna məxsus kafe.

Femida.az

Açar sözlər:

Oxunub: 368