Oğuzda qanunsuz ov edən şəxslər cəzalandırılıb


16:04     11 Dekabr 2020 qanunsuz%20ovcu.jpg

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Oğuz rayonu ərazisində qanunsuz ov edən şəxslər saxlanılıb.

Xidmətin rəis müavini Bəhruz Məhəmmədov Femida.az-a bildirib ki, araşdırma zamanı brakonyerlərin Qəbələ rayon sakini Cavid Xasmamedov, Ağdaş rayon sakinləri Mehman Veyisov və Namik Qənbərov olduğu məlum olub.

O qeyd edib ki, faktla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və hər biri 1500 manat məbləğində cərimə edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 472