Ali Məhkəmənin hakimləri “YAŞAT” Fonduna dəstək oldular


16:07     11 Dekabr 2020 trend_ali_mehkeme_main2.jpg


Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri və əməkdaşları Vətən müharibəsində iştirak edən şəhidlərimizin ailələrinə və yaralananlara öz dəstəyini bildirərək “Yaşat” Fonduna 100 min manat məbləğində vəsait köçürüblər.


Bu barədə Femida.az -a Ali Məhkəmədən məlumat verilib.

Xatırladaq ki, Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi uğrunda yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə “YAŞAT” Fondu yaradılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 4285