Yerevanda polislə etirazçılar arasında toqquşma olub


17:52     11 Dekabr 2020 20_12_11_1607694776.jpg

Yerevanda Fransa meydanında polislərlə etirazçılar arasında baş verən toqquşma nəticəsində xəsarət alanlar var.

Femida.az xəbər verir ki, məlumatı “Sputnik Armeniya” yayıb.

Bildirilib ki, polis bir neçə etirazçını saxlayıb. Müxalifət dekabrın 11-də keçirdiyi yürüşü “Ləyaqət marşı” adlandırıb. Onlar baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər.

Aksiyada 40-dan çox şəxs tutulub.

Açar sözlər:

Oxunub: 413