Hikmət Hacıyev Pakistana təşəkkür etdi
09:43 12 Dekabr 2020
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Pakistanın respublikamızdakı səfiri Bilal Hayeyə ölkəmizə verdiyi dəstəyə görə təşəkkür edib.
Femida.az xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi Bilal Hayeyə minnətdarlıq hissini özünün tvitterdəki hesabında ifadə edib.
“Bilal Haye, sağ olun əziz pakistanlı qardaşlar”, - deyə Hikmət Hacıyev tvitterdə yazıb.
Qeyd edək ki, Pakistanın Azərbaycandakı səfiri Bilal Haye daha əvvəl özünün tvitter hesabında ölkəmizə növbəti dəstəyini ifadə edib.
“Pakistanın hökuməti və xalqı həmişə Azərbaycanı dəstəkləyib və azad edilmiş ərazilərin yenidən qurulmasına, məcburi köçkünlərin ata-baba yurdlarına qayıtması zamanı hərtərəfli dəstək göstərməyə hazırdır”, - deyə səfir sosial şəbəkədəki hesabında yazıb.
@BilalHayee thanks dear Pakistani brothers. https://t.co/Aop3QoTOeo
— Hikmet Hajiyev (@HikmetHajiyev) December 11, 2020
Femida.az
Oxunub: 652
Oxşar xəbərlər
- “Ermənistan Azərbaycan xalqından üzr istəməlidir” - Hikmət Hacıyev
- "Hikmət"li Müharibə
- "Ermənilər yaşayış bölgələrimizə 10 mindən artıq mərmi və raket atıb" - Hikmət Hacıyev
- "Ermənistan Suriya və Livandan köçürülmüş insanları silahlı muzdlular kimi istifadə edir"
- Hikmət Hacıyev Türkiyədə səfərdədir
- "Diplomatiyada boğazdan yuxarı bəyanatlara yer yoxdur" - Prezidentin köməkçisi
- PA rəsmisindən Ermənistanın yeni Milli Təhlükəsizlik Strategiyası haqqında ŞƏRH
- Prezidentin köməkçisi həmsədrlərin fəaliyyətini tənqid etdi
- “Azərbaycan Prezidenti ilə Paşinyan arasında əlaqə kanalı yoxdur” - Hikmət Hacıyev
- “Ermənistan Azərbaycanın neft-qaz kəmərlərinə təhlükə yaratmağa səy göstərir” - VİDEO