Pakistanda ulu öndər Heydər Əliyevin xatirəsi anılıb


12:48     12 Dekabr 2020 20_12_12_1607760873.jpg

Ulu öndər Heydər Əliyevin vəfatının ildönümü Azərbaycanın Pakistandakı səfirliyində də anılıb.


Diplomatik nümayəndəlikdən "Report"a verilən məlumata görə, tədbirdə ilk öncə ulu öndərin büstü önünə gül dəstəsi qoyulub, onun əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycanın Pakistandakı fövqəladə və səlahiyyətli səfiri Əli Əlizadə çıxış edərək ölkəmizin dövlətçiliyinin qorunub-saxlanmasında və müstəqilliyin gücləndirilməsində, milli ruhun, milli şüurun və özünüdərkin dirçəldilməsində, siyasi və iqtisadi nailiyyətlərin əldə olunmasında, Azərbaycanın beynəlxalq aləmdə özünün layiqli yerini tutmasında dahi şəxsiyyət Heydər Əliyevin müstəsna rolu və xalqımız qarşısındakı unudulmaz xidmətləri haqqında məlumat verib.

Səfir ulu öndər Heydər Əliyevin Dağlıq Qarabağ münaqişəsinin həlli üçün göstərdiyi davamlı səy və xidmətlərini də xüsusi vurğulayaraq, məhz onun müdrik siyasəti, təcrübəsi və 1994-cü ildə atəşkəs anlaşmasını imzalaması nəticəsində Azərbaycanın digər torpaqlarının işğalının və müstəqilliyinin itirilməsinin qarşısının alındığını, atəşkəsdən sonra güclü dövlət və ordu quruculuğuna başlandığını və bu müdrik siyasəti uğurla davam etdirən ölkəmizin Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ən ağrılı problemlərindən biri olan Dağlıq Qarabağ məsələsinin də həll olunduğunu, əzəli Azərbaycan torpaqlarının işğaldan azad edildiyini və Azərbaycanın Vətən müharibəsində qələbə qazandığını bildirib.

Səfir builki anım ilinin xüsusi dövrə təsadüf etdiyini, ulu ondər Heydər Əliyevin Azərbaycanın ərazi bütövlüynün təmin olunması arzusunun reallaşdığını və onun əziz xatirəsinin daim qəlblərdə yaşayacağını bildirib.

Femida.az

Açar sözlər:

Oxunub: 562