Samuxda yaşayış yerini tərk edən koronavirus xəstəsi müəyyən edilib


13:38     12 Dekabr 2020 20_12_12_1607765262.jpg

Samux rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan, rayonun Sərkar kənd sakini, Elnur Şıxaliyevin ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı ünvanı tərk edərək Gəncə şəhərinə getməsi müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Femida.az-a verilən məlumata görə, polis əməkdaşları dərhal onun yerini müəyyən edərək, müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadıqları ünvana göndərib.

Faktla bağlı araşdırmalar davam etdirilir

Açar sözlər:

Oxunub: 563