Hacıqabulda avtomobil piyadanı vuraraq öldürüb


16:21     12 Dekabr 2020 20_12_12_1607772160.jpg

Hacıqabul rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, hadisə dekabrın 11-də saat 19 radələrində Pirsaat kəndi ərazisində baş verib.

Ağdam rayon sakini V.Allahverdiyev idarə etdiyi “TOFAŞ” markalı avtomobillə yolu keçən Ağdaş rayon sakini Tural Əliyevi vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 608