Siyəzəndə evlərini tərk edən COVID-19 xəstələri saxlanılıb


16:46     12 Dekabr 2020 20_12_12_1607777237.jpg

Siyəzən rayonunda yaşadıqları ünvanı tərk edən COVID-19 xəstələri saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundanFemida.az-a verilən məlumata görə, Siyəzən rayon sakinləri Sədir Hüseynova və Gündüz Yəhyəyevə COVID 19 virusuna yoluxduqları üçün ev şəraitində müalicə təyin edilib. Lakin hər iki şəxs qaydalara əməl etməyərək yaşadıqları evi tərk edib və virusun yayılmasına şərait yaradıblar. Polis əməkdaşları tərəfindən onların olduqları yerlər müəyyən edilib və dərhal yaşadıqları ünvanlara geri qaytarılıblar.

Faktlarla əlaqədar S. Hüseynov və G. Yəhyəyev barəsində Siyəzən RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 646