Yevlaxda avtoqəza zamanı ölən şəxsin kimliyi məlum olub


09:38     13 Dekabr 2020 20_12_13_1607810710.jpg

Yevlax şəhərində yol qəzası nəticəsində ölən şəxsin kimliyi məlum olub.

Femida.az -ın məlumatına görə, bu, 1985-ci il təvəllüdlü Bakı şəhər sakini Cabbarova Firuzə İsmayıl qızıdır.

Qeyd edək ki, ölən sərnişin 1964-cü il təvəllüdlü Bakı şəhər sakini Həsənov Rais Əli oğlunun idarə etdiyi yük maşınında olub. Onların olduğu avtomaşın 1958-ci il təvəllüdlü Gürcüstan vətəndaşı Levan Saxlianın idarə etdiyi "Mercedes" markalı qoşqulu yük maşını ilə toqquşub.

Açar sözlər:

Oxunub: 621