Əcnəbilər evdən çıxmaq üçün necə icazə almalıdırlar? - VİDEO


14:44     14 Dekabr 2020 2015-06-23-21-23-22big_turistie.jpg


Yaşayış yerini müvəqqəti tərk etmək istəyən əcnəbilər bunun üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS-məlumat göndərməlidirlər.

Dövlət Miqrasiya Xidmətindən Femida.az-a verilən məlumata görə, bu zaman müvafiq olaraq 1 və ya 2 rəqəminin ardınca ölkədə olma və yaşama statusuna uyğun OYQ (olduğu yer üzrə qeydiyyat), MOM (müvəqqəti olma müddəti), MYI (müvəqqəti yaşama icazəsi) və ya DYI (daimi yaşama icazəsi) abreviaturasından sonra müvafiq sənədin nömrəsini qeyd edilməlidir.

Abreviaturalar mütləq ingilis şriftləri ilə yazılmalıdır.



Femida.az

Açar sözlər:

Oxunub: 609