Nikol Paşinyanın istefası tələbi ilə İrəvanda aksiya keçirilir


20:12     14 Dekabr 2020 20_12_14_1607959574.jpg

Ermənistanın paytaxtı İrəvanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə aksiyalar keçirilir.

Femida.az -ın Ermənistanın kütləvi informasiya vasitələrinə istinadən verdiyi xəbərə görə, yürüşdə yüzlərlə müxalifət tərəfdarı iştirak edir.
Onlar "xəyanətkar Nikol", "Nikolsuz Ermənistan" şüarları səsləndirirlər.
İrəvanın Arabkir rayonunun Praqa parkından yürüşə başlayan müxalifət tərəfdarları şəhərin mərkəzinə doğru irəliləyirlər.
Qeyd edək ki, noyabrın 9-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş nazirinin imzaladığı bəyanatdan sonra Ermənistanda Nikol Paşinyanın istefası tələbilə mitinqlər keçirilir. Mitinqlərin əsas təşkilatçıları "Daşnaksütun", "Ana Vətən" və "Çiçəklənən Ermənistan" partiyalarıdır.

Açar sözlər:

Oxunub: 546